Dəlidən doğru xəbər

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski müsəlman dünyasını birləşməyə və Liviya prezidenti Müəmmər Qəddafini dəstəkləməyə çağırıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Vladimir Jirinovski bütün dünya müsəlman ölkələrinə mürəciət edərək onları birliyə və Qəddafiyə həmrəylik göstərməyə çağırır: "Bu ölkələrin rəhbərlikləri birgə NATO-nun Liviyadakı hərbi əməliyyatlarına qarşı çıxmalı və buna etiraz etməlidirlər. Liviyanı NATO-nun zirehli hərbi texnikaları ilə bəlada tək qoymayın. NATO-nun Liviyadakı demokratiyanın əzməsinə imkan vermək olmaz. Çünki bu dövlət heç kəsə təhlükə yaratmır. Bütün baş verənlərdən kənarda qalmaq olmaz. Uzağı görə bilməyən Avropa və okeanın o tayındakı siyasətçilərin dalınca getməyin . Bu ağıılsızlığa son qoymaq lazımdır. Çünki gələn dəfə Liviyanın yerində başqa bir müsəlman ölkəsi də ola bilər. Qərb çox aqressiv və qərarlı şəkildə bu işə əl qoyub".

V. Jirinovski qeyd edib ki, Əfqanıistan və İraqdakı hərbi müdaxilələrin mənfi təcrübəsinin təsirləri hələ də müsəlman ölkələrinə heç nəyi başa sala və öyrədə bilməyib.

Qeyd edək ki, Liviyaya qarşı hərbi əməliyyatlara martın 19-da bir neçə ölkə - o cümlədən Fransa, ABŞ, İtaliya, Kanada və Böyük Britaniya tərəfindən başlanılıb. SİA-nın məlumatına görə, Yaxın vaxtlarda İspaniya da onlara qoşulacaq. Bildirilir ki, Fransa Hərbi Hava Qüvvələri Qəddafi qüvvələrinin bir neçə zirehli texnikasını məhv edib, ABŞ və Britaniya isə Liviya Hava Hücumundan Müdafiə Qüvvələrinin 20-dək mövqeyinə "Tomoqavk" raketləri ilə zərbələr endirib. Koalisiyanın Hərbi Hava Qüvvələri Liviyanın Hava Hücumundan Müdafiə obyektlərinə ümumilikdə 110 qanadlı raket atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə