Qəddafiyə məxsus hərbi qüvvələr neft şəhəri Ras-Lanufa doğru irəliləyir. SİA-nın "Röyters" xəbər agenliyinə görə, hökumət qüvvələrin şəhərə doğru yürüşünün davam etdiyi bir vaxtda şəhər döyüş təyyarələri tərəfindən bombalanıb.
Afrika Birliyinin nümayəndə heyəti isə Liviyadakı vəziyyətlə tanış olmaq üçün bu ölkəyə gələcək. Liviya lideri Muammar Qəddafi bu günlərdə ölkəyə gələcək nümayəndə heyətinin ölkədəki böhranla əlaqədar iddiaların yalan olduğunu ortaya çıxaracağını söyləyib. "France 24" kanalına müsahibə verən Qəddafi bildirib ki, afrikalı liderlərlə davamlı olaraq əlaqə saxlayır: "Afrika Birliyi Liviya haqqında xaricdə yayılan xəbərlərin 100 faiz yalan olduğunu ortaya çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB