Ərdoğan və Paşinyan arasında Nyu-Yorkda görüş olub

Ərdoğan və Paşinyan arasında Nyu-Yorkda görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. SİA xəbər verir ki, Paşinyan bu barədə video yayımlayıb.

Görüntülərdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Hakan Fidanın da görüşdə iştirak etdiyi görünür.

Qeyd edək ki, hər iki lider BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdədirlər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə