Ərdoğan Nyu Yorkda Paşinyanla görüşüb

24 Sentyabr 2026 00:03 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. SİA xəbər verir ki, Paşinyan bu barədə video yayımlayıb.

Görüntülərdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Hakan Fidanın da görüşdə iştirak etdiyi görünür.

Qeyd edək ki, hər iki lider BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdədirlər.

Mətləb