Makron Avropa İttifaqına minnətçi düşüb - yanacağın qiymətini endirək...

Makron Avropa İttifaqına minnətçi düşüb - yanacağın qiymətini endirək...

Fransa Prezidenti Emmanuel Makron bazarda təklifi artırmaq və qiymətləri aşağı salmaq üçün Avropa İttifaqının (Aİ) yanacaqla bağlı bəzi tələblərinin müvəqqəti yumşaldılmasını təklif edib. BFMTV-nin xəbərində deyilir ki, Makron müvafiq təklifi Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə göndərib.

Fransa lideri müstəsna qaydada və müvəqqəti əsasda Aİ-də qüvvədə olan yanacağın keyfiyyəti ilə bağlı tələbləri yumşaltmağı təklif edib. Onun fikrincə, bu, neft emalı müəssisələrində istehsalın həcmini artırmağa imkan verəcək.

E..Makron yanacaq qatışığında bioyanacağın payına qoyulan məhdudiyyətləri zəiflətməyə də çağırıb. BFMTV qeyd edib ki, bu, bazarda dizel yanacağı təklifinin artmasına kömək edə bilər.

Telekanalın məlumatına görə, Fransa Prezidentinin təklifləri qısamüddətli perspektivdə yanacağın qiymətinin aşağı salınmasına yönəlib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə