İtaliya məktəblərində niqab qadağan edilir - Melonidən AÇIQLAMA

İtaliya məktəblərində niqab qadağan edilir - Melonidən AÇIQLAMA

İtaliya hökuməti siniflərdə xarici şagirdlərin sayını məhdudlaşdıracaq, məktəblərdə burqa və niqab geyinməyi qadağan edəcək qanun layihəsi hazırlayır. SİA"Reuters"ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni özünün "İtaliya Qardaşları" partiyası tərəfindən təşkil olunmuş gənclər tədbirində bildirib.

"Yaxın vaxtlarda Nazirlər Şurasının iclasına bir sinifdə icazə verilən maksimum xarici şagird sayını qanunvericiliklə müəyyən edən sənəd təqdim olunacaq. O, həmçinin məktəb sisteminə inteqrasiyada ciddi çətinliklər çəkən xarici şagirdlərin valideynlərini italyan dilini öyrənməyə məcbur edir, məktəblərdə burqa və niqab geyinməyi qadağan edir", - deyə Meloni bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə