Bu ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə çatıb

Bu ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıq 1 399 nəfərə çatıb. Bu barədə Nepal hakimiyyəti məlumat verib.

Daha əvvəl 1 396 nəfərin öldüyü bildirilmişdi. Gün ərzində zərərçəkmiş səkkiz rayonda aparılan axtarış-xilasetmə işləri zamanı daha üç nəfərin meyiti aşkarlanıb.

Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib, daşqına uçqun səbəb olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə