Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıq 1 399 nəfərə çatıb. Bu barədə Nepal hakimiyyəti məlumat verib.
Daha əvvəl 1 396 nəfərin öldüyü bildirilmişdi. Gün ərzində zərərçəkmiş səkkiz rayonda aparılan axtarış-xilasetmə işləri zamanı daha üç nəfərin meyiti aşkarlanıb.
Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib, daşqına uçqun səbəb olub.
Mətləb