Rusiya ordusu Jitomiri reaktiv dronlarla vurub: 2 polis ölüb...

...azı 10 yaralı var
Rusiya ordusu Jitomiri reaktiv dronlarla vurub: 2 polis ölüb...

Rusiya ordusu Ukraynanın Jitomir vilayətinə “Banderol” tipli reaktiv dronlarla hücum edib.

SİA xəbər verir ki, hücumun hədəfi Milli Polis Qərargahının binası olub.

Nəticədə 2 polis zabiti həlak olub, azı 10 nəfər xəsarət alıb.

Zərbələr binanın 4-cü mərtəbəsində və damında yanğına səbəb olub.

Yanğınsöndürənlər, təcili tibbi yardım və hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə