Azərbaycan həm regionda, həm də dünyada sülhün tərəfdarıdır

Azərbaycan həm regionda, həm də dünyada sülhün tərəfdarıdır

Beynəlxalq ictimaiyyətə Azərbaycan reallıqlarının, ölkənin yürütdüyü siyasətin olduğu kimi təqdim olunması baxımından Şuşa Qlobal Media Forumu mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında sülhün inkişafı və qonşularla münasibətlərin möhkəmləndirilməsi ilə bağlı mesajlar verib. Bir daha aydın oldu ki, Azərbaycan həm regionda, həm də dünyada sülhün tərəfdarıdır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri müsahibəsində "Vahid Neytral Gürcüstan” partiyasının regional katibi, politoloq Levan Nikoleişvili bildirib.

Politoloqun fikrincə, Prezident İlham Əliyev Forumda Azərbaycanın seçdiyi xarici siyasət istiqamətini bir daha təsdiqlədi.

"Uzun illər ərzində əsas problem olan Qarabağ məsələsi nəhayət həll olundu. Bundan sonra Azərbaycanın qarşısında yeni çağırışlar və yeni istiqamətlər yarandı. İndi Azərbaycan qonşularla münasibətləri daha da gücləndirmək siyasəti yürüdür. Bu, Cənubi Qafqazda sülhün yaradılması və möhkəmlənməsi baxımından çox vacibdir. Eyni zamanda, Azərbaycan iqtisadi və enerji sahəsində çox yaxşı təkliflər irəli sürür. Bu layihələr təkcə Azərbaycan üçün deyil, həm Gürcüstan, həm Ermənistan, həm də bütövlükdə region üçün faydalıdır", - deyə L.Nikoleişvili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə