...Bu günə qədər Ukrayna sərhədçiləri Belarus ərazisində Rusiya qoşunlarının zərbə qrupunun yaranması ilə bağlı heç bir əlamət aşkar etməyiblər.
Belarusdan hücum təhlükəsi hazırda minimaldır.
SİA xəbər verir ki, TSN-in məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko Den.LIVE proqramında bildirib.
Eyni zamanda, sözçü vurğulayıb ki, Belarus Rusiyanın təsiri altında qalır, ona görə də vəziyyət istənilən an dəyişə bilər. Demçenkonun sözlərinə görə, Rusiya Belarusun müharibədə daha çox iştirakını gözləyir, lakin Lukaşenko potensial nəticələri başa düşür.
Məhz buna görə də Ukrayna bütün Belarus sərhədi boyunca müdafiə xətlərini davamlı olaraq gücləndirir.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirmişdi ki, Rusiya Ukraynaya hücumlarını artırmaq üçün Belarus ərazisini nəzərdən keçirə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB