Tramp ABŞ-nin 3 milyard dollarlıq yeni müdafiə investisiyalarını elan edib

Tramp ABŞ-nin 3 milyard dollarlıq yeni müdafiə investisiyalarını elan edib

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların yerli şirkətlərlə birgə 3 milyard dollarlıq yeni müdafiə investisiyaları elan etdiyini bildirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə o, Ankarada keçirdiyi mətbuat konfransında deyib. Əlavə edib ki, "Lockheed Martin” şirkəti Avropada “Patriot” raketlərinin dəstəklənməsi mərkəzi quracaq. O, bunu böyük razılaşma adlandırıb.

Tramp əlavə edib ki, istehsalçı “Northrop Grumman” qabaqcıl Amerika dron texnologiyasının satışı istiqamətində irəliləyir. “Lockheed Martin” və “Rheinmetall” şirkətləri ordu üçün taktiki raket sistemlərinin qurulması barədə tərəfdaşlıq elan ediblər.

"Bütün bu müqavilələr birbaşa ABŞ-nin müdafiə sənayesi bazasına fayda verir və yeni iş yerləri deməkdir”,- deyə Tramp vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə