FİFA sarı vərəqə sistemini yenidən nəzərdən keçirəcək

11 iyun - 19 iyul tarixləri arasında davam edəcək Dünya Kubokunda sarı vərəqələrlə bağlı yeniliklər olacaq.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, FIFA oyunçuların toplanmış sarı vərəqələrinin ləğv ediləcəyi yeni bir mərhələ tətbiq etməyi planlaşdırır.

Qeyd olunur ki, qarşıdan gələn turnirdə oyunçuların sarı vərəqələri iki mərhələdə ləğv ediləcək: əvvəlcə qrup mərhələsi başa çatdıqdan sonra, daha sonra isə dörddəbir finaldan sonra.

Bu yenilik, bu Dünya Kubokunda ilk dəfə əlavə bir raund - 1/8 final - olacağı və diskvalifikasiya riskinin qarşısını almaq üçün xəbərdarlıqların ləğvinin iki mərhələsi olacağı üçün tətbiq edilib.

Bundan əvvəl FİFA-nın 2026-cı il Dünya Kuboku üçün hakim dəyişiklikləri hazırladığı da bildirilmişdi .

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə