Gürcüstan “Hərbi Yolu”nda 1600 maşın növbə gözləyir

Rusiyadan Gürcüstana getmək üçün Gürcüstan Hərbi Yolunda 1600-dən çox ağır tonnajlı yük maşını gözləyir. Bu barədə Şimali Osetiya Yol Hərəkətinin İdarə Edilməsi Mərkəzindən məlumat yayılıb.

"Elektron növbədə 1600-dən çox ağır tonnajlı yük maşını qeydiyyatdan keçib", - deyə bəyanatda bildirilir. Əvvəllər Rusiyadan çıxmaq üçün növbədə 1400-dən çox ağır tonnajlı yük maşınının olduğu barədə məlumat verilmişdi.

Gürcüstan Hərbi Magistralında ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti pis hava şəraiti səbəbindən 2 fevraldan etibarən qadağan edilib. Gürcüstan Hərbi Magistral yolu Vladikavkazdan Tbilisiyə qədər Baş Qafqaz silsiləsi boyunca uzanır və Rusiyanı Zaqafqaziya ilə birləşdirir. Kazbegi-Verxniy Lars keçid məntəqəsi Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə məntəqədir. Rusiya tərəfində magistral yol Şimali Osetiyadan keçir. Qışda əlverişsiz hava şəraiti səbəbindən yol tez-tez bağlanır.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə