...Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, hazırda Rusiyada gəncliyin uzadılması üçün universal bir vasitə yaratmaq imkanı yoxdur.
...Universal qocalma əleyhinə həb yaratmaq hələlik olduqca çətin olacaq. Bu, ilk növbədə, immun sisteminin tənzimlənməsi məsələlərini həll etməlidir.
SİA-nın məlumatına görə, nazir "Rossiya-24"ə verdiyi müsahibədə bildirib ki, uzunömürlülüklə bağlı bu tədqiqat hazırda ölkəmizdə və xaricdə fəal şəkildə maliyyələşdirilir, çünki ömür uzunluğunun artırılması və ən əsası sağlam həyat tərzi bəşəriyyət üçün vacibdir".
... 2024-cü ilin sentyabr ayında "The Times" qəzeti "əbədi həyat ideyasına aludə olan" Putinin alimlərə qocalma əleyhinə müalicələr hazırlamağı tapşırdığını bildirib.
Qəzetin məlumatına görə, Səhiyyə Nazirliyi elmi institutlardan hüceyrə qocalması, koqnitiv pozğunluqlar, osteoporozla mübarizə və immun sistemini gücləndirmək üsulları üzərində apardıqları işlər barədə hesabat istəyib.
Bu ilin dekabr ayında RBC bir sıra böyük elmi mərkəzlərin qocalmanı yavaşlatmaq və insanların, onların daxili orqanlarının bioloji yaşını ölçmək yollarını axtarmağa başladığını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB