...ABŞ prezidenti Donald Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini Konqresə təqdim etməyə hazırdır.
Amerika rəsmiləri onları "çox güclü" adlandırıblar.
SİA xəbər verir ki, bu barədə CNN bildirib.
...Bu, indiyə qədər gördükləri ən möhkəm təhlükəsizlik protokolları dəstidir. Bu, çox, çox güclü bir paketdir, - deyə ABŞ-ın yüksək vəzifəli rəsmisi ABŞ-ın konkret nə vəd etdiyini dəqiqləşdirmədən vurğulayıb.
Başqa bir rəsmi Trampın ABŞ tərəfindən dəstəklənən təhlükəsizlik zəmanətlərini Konqresə təqdim etməyə hazır olduğunu bildirib.
O, bu paketi Vaşinqtonun Kiyevə təklif edə biləcəyinin "platin standartı" adlandırıb.
Qeyd olunur ki, ABŞ prezidenti Rusiyanı zəmanətləri qəbul etməyə inandıra biləcəyinə inanır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB