...ABŞ prezidenti Donald Tramp iddia edir ki, Hindistanın Baş naziri Narendra Modi Rusiya neftinin alışını "faktiki olaraq dayandırıb".
SİA-nın məlumatına görə, Amerika prezidenti bu açıqlamanı jurnalistlərlə keçirdiyi brifinqdə verib və bu brifinq Ağ Evin YouTube kanalında yayımlanıb.
Bir jurnalistin Hindistanın Baş naziri ilə danışıqları barədə soruşduqda, Tramp onların yaxşı getdiyini bildirib.
...Modi dayandırıb... faktiki olaraq Rusiyadan neft almağı dayandırıb. O, mənim dostumdur və biz danışırıq. Və o, mənim Hindistana gəlməyimi istəyir. Biz bunu müzakirə edəcəyik və mən də gedəcəm, - deyə ABŞ prezidenti bildirib.
Oktyabrın sonlarında Reuters agentliyi bildirib ki, Hindistan və ABŞ arasında danışıqlardan sonra Hindistan neft emalı zavodları Rusiyadan neft idxalını 50 faiz azaldıb.
Neft emalı zavodlarının nümayəndələri iddia edirlər ki, onlar yalnız Rusiya xam neftinin alışını azaltmağı planlaşdırırlar, lakin onları tamamilə aradan qaldırmağı planlaşdırmırlar.
Yeri gəlmişkən 17 oktyabrda iki Hindistan neft emalı zavodu ilk dəfə Amerika şirkəti ExxonMobil-dən 4 milyon barel Qayana xam nefti alıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB