Şimali Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat vefrib.
Onun sözlərinə görə, zəlzələ yerli vaxtla cümə günü səhər Sakit okeanda baş verib: "Zəlzələnin episentri Severo-Kurilskdən 120 kilometr cənub-şərqdə Paramuşir adasında yerləşib. Zəlzələnin ocağı 23 kilometr dərinlikdə yerləşib. Zəlzələ Severo-Kurilsk sakinləri tərəfindən hiss oluna bilər". O qeyd edib ki, təkanlardan sonra sunami təhlükəsi elan olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə