Anqara çayında sürətli qayığın gəmi ilə toqquşması nəticəsində 4 nəfər suya düşərək itkin düşüblər.
SİA rus saytlarına istinadən xəbər verir ki, SHOT Telegram kanalı hadisə ilə bağlı İrkutsk vilayətində məlumat yayıb.
...Hadisə şənbə günü yerli vaxtla saat 15:00 radələrində baş verib.
Listvyanka kəndi yaxınlığında FR25 sürət qayığı və gəmi toqquşub. Sürətli qayıqda beş nəfər olub; 4 nəfər suya düşüb və hələ də axtarılır.
Beşinci yaralanıb və xəstəxanaya yerləşdirilib.
Çox güman ki, o, sükan arxasında idi.
Axtarışları 16 xilasedici aparır.
Qəza ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə