GUR Dnepropetrovsk vilayətinə soxulan rusları necə məhv etdiyini göstərib…
İşğalçıların planları alt-üst olub…
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) “Timur xüsusi təyinatlıları”nın döyüşçüləri rusların Dnepropetrovsk vilayətinin sərhədlərinə keçmək planlarını necə pozduqlarını əks etdirən videoçarx nümayiş etdiriblər.
Qeyd olunur ki, ruslardan ibarət kiçik qruplar qüvvə toplamaq və Ukrayna mövqelərinə növbəti hücumlar etmək üçün təmas xəttini keçərək binalarda atəş mövqeləri tutmağa cəhd ediblər.
Videoda dronlardan istifadə etməklə, görünür, rusların olduğu binaların dağıdılması əks olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə