Avropa İttifaqı Kremlə qarşı 19-cu sanksiyalar paketini hazırlayır.
Almaniyanın xarici işlər naziri İoqann Vadeful Rusiya diktatoru Putini Ukrayna prezidenti Vladimir Zelenski ilə tez ikitərəfli danışıqlara çağırıb və mümkün sanksiyalar barədə xəbərdarlıq edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tagesschau xəbər verir.
...Prezident Putin vaxtını çəkə biləcəyini düşünürsə, yanılır, - Vadeful bunu xorvatiyalı həmkarı Gordan Qrlic Radman ilə Zaqrebdə görüşdə deyib.
Nazirin sözlərinə görə, Rusiyaya təzyiqlər davam etdirilməlidir.
Avropa İttifaqı artıq beynəlxalq təzyiqləri artırmaq üçün Kremlə qarşı 19-cu sanksiyalar paketini hazırlayır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə