Kamçatka sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 158 km aralıda, 58,4 km dərinlikdə yerləşib.
"Hadisənin əhali üçün heç bir təhlükəsi yoxdur. Əvvəllər 7,6 bal gücündə silsilə təkanlardan sonra elan edilən sunami təhlükəsi ləğv edilib", - xidmətdən aydınlıq gətirilib. Son 24 saat ərzində rayon ərazisində silsilə zəlzələlər (4 baldan 6,7 bala qədər) qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə