...ABŞ hökuməti iki müsəlman ölkəsi, Əfqanıstan və Pakistanda uşaqlar üçün nəzərdə tutulan təxminən 500 ton yeməyin məhv edilməsi barədə göstəriş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Atlantic” xəbər verir.
Deməli, burada söhbət Cozef Baydenin ABŞ-da hakimiyyətdə olduğu dövrdə alınan yüksək kalorili peçenyelərdən gedir.
Qeyd edək ki, həmin ərəfədə peçenyelərin alış qiyməti 800 min dollar olub və Dubayda anbarda saxlanılır.
Nəşr qeyd edir ki, Tramp administrasiyası aclıqdan əziyyət çəkən uşaqlara peçenye verilməsi məsələsi ilə bağlı qərarın qəbulunu onların istifadə müddəti bitənə qədər gecikdirib, bu da yaxınlarda baş verəcək.
...Qəzet hesablamışdı ki, bu həcmdə peçenye təxminən 1,5 milyon uşağı 7 gün qidalandırmaq üçün kifayət edə bilərdi. Amma indi ərzaq Tramp administrasiyasına təxminən 130.000 dollara başa gələrək məhv ediləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə