“Şər oxu” üçün bəd xəbər..?

ABŞ-ın hərbi əməliyyatı bütün anti-Qərb alyansı məhv edə bilər..?

...Deməli, SİA-nın əldə etdiyi məlumata görə,Britaniyanın “İndependent” nəşri yazır ki, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatı qondarma “Şər oxu” – Rusiya, Çin, Şimali Koreya və İranın ittifaqı üçün ciddi sınaq olub.

Bu ittifaq əsasən Qərb dünya düzənini ümumi rədd edir.

İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya çatan kimi xarici işlər naziri Sergey Lavrovla deyil, şəxsən Putinlə görüşüb.
Bu, vəziyyətin vacibliyini və Amerika zərbəsinin potensial genişmiqyaslı nəticələrini vurğulayır.

Moskva ilə Tehran arasındakı münasibətləri asimmetrik kimi xarakterizə etmək olar: Ukraynada müharibə başlayandan İran Rusiyanı silahlarla, o cümlədən “Şahed” pilotsuz təyyarələri ilə dəstəkləyir.
Lakin indi Kiyevin fikrincə, Tehran İsraillə münaqişəyə görə Rusiyaya silah tədarükünü azalda bilər ki, bu da Putinin Şimali Koreyadan asılılığını artıracaq.

...Putin ABŞ və İsrailin İrana zərbələrini pisləsə də, o, yaxşı başa düşür ki, real güc olmadan sözlər kifayət etmir - buna görə də Rusiya Ukraynada hərbi kampaniyasını davam etdirir.

Kreml hazırda gözləmə mövqeyi tutur, münaqişənin inkişafını izləyir.

Qərb ekspertləri xəbərdarlıq edirlər ki, diplomatik strategiyanın olmaması ABŞ-ın hərbi nailiyyətlərini sıfıra endirə bilər.

...“Şər oxu” ideologiyanın yox, praqmatizmin ittifaqıdır. Bu ölkələr üçün ümumi düşmən olan Qərb və iqtisadi, eləcə də hərbi sahədə qarşılıqlı dəstək vacibdir.

Çin və Rusiya iqtisadi sarsıntılardan qaçmaq və öz maraqlarını qorumaq üçün İran ətrafında vəziyyəti sabitləşdirməkdə maraqlıdırlar.

ABŞ isə öz növbəsində Çindən İranı mühüm ticarət yolunun, Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə məcbur etməsini gözləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə