PMC "Vaqner" Malidən muzdluları geri çəkir...

Suriyadakı hərbi bazaların itirilməsinin təsiri oldumu?

...PMC “Vaqner” 3,5 illik döyüşdən sonra muzdlularını Malidən çıxarır. Missiya tamamlanıb, döyüşçülərin əsas tapşırığı yerinə yetirdiyi iddia edilir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə muzdlulara yaxın olan “Wagner Unloading” Telegram kanalı məlumat yayıb.

...Muzdlular “terrora qarşı Mali xalqı ilə çiyin-çiyinə döyüşüblər..?

Amma bununla belə, muzdluların geri çəkilməsinin əsl səbəbləri PMC-nin bəyanatlarından fərqli ola bilər.

Qeyd dək ki, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya “Vaqner” üçün logistika mərkəzi olan hərbi bazalarını itirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə