Türk Hava Yollarının (THY) 20 may 1933-cü ildə cəmi 5 təyyarə ilə "butik" bir hava yolu şirkəti kimi başlayan fəaliyyəti, 92-ci ilində 479 təyyarə və 131 ölkədə 356 istiqamətə uçuşla "dünyada ən çox ölkəyə uçan hava yolu" olaraq zirvəyə doğru irəliləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, THY-nin baş direktoru Bilal Ekşi sosial şəbəkə hesabında qurumun ildönümü ilə bağlı paylaşım edərək, şirkətin təyyarə parkının böyüklüyünə görə dünyada 9-cu yerə yüksəldiyini vurğulayıb.
O, paylaşımında bildirib: “20 may 1933-də başlayan bu aviasiya yolu sabit addımlarla zirvəyə doğru davam edib. 2003-cü ildə cəmi 65 təyyarə ilə dünyada 35-ci yerdə olan hava yolumuz, 2025-ci ildə 479 təyyarə ilə 9-cu yerə yüksəlib. Bu uğur hamımızındır. Türkiyə böyüyüb, THY yüksəklərdən uçub.”
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə