Tramp Səudiyyə Ərəbistanından birbaşa bu ölkəyə getdi

Səudiyyə Ərəbistanına səfərini başa vuran ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunun ikinci dayanacağı olan Qətərə çatıb. SİA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, Tramp Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

Məlumata görə, hindistanlı milyarder və Asiyanın ən zəngin adamı Mukeş Ambani də Lusail sarayında Tramp və Al Taninin iştirak edəcəyi şam yeməyinə qatılacaq.

Qeyd edək ki, Trampın mayın 13-16-sını əhatə edən Yaxın Şərq turunun növbəti dayanacağı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə