Ən isti yay istirahət məkanlarının adı açıqlanıb...

Mütəxəssis yay aylarında məşhur olan yerlərdə istilərlə bağlı xəbərdarlıq edir

...Yay aylarında yüksək temperatur Türkiyə kimi istiqamətlər, xüsusilə Antalya, Birləşmiş Ərəb Əmirlikləri və Misir üçün xarakterikdir.

SİA xəbər verir ki, məlumatı “Tatar-inform”a açıqlamasında Rusiya Səyahət Sənayesi İttifaqının (RST) vitse-prezidenti Yuri Barzıkin paylaşıb.

Ekspertin sözlərinə görə, Antalyada yayda termometr 43 dərəcədən yuxarı qalxa bilir.

BƏƏ və Misirdə iqlim Özbəkistandan daha istidir, lakin bu, kifayət qədər tipik bir vəziyyətdir və qeyri-adi heç nəyi təmsil etmir. Barzıkin onu da xatırladıb ki, mümkün risklər və səyahətçilər üçün tövsiyələr haqqında aktual məlumatı Rospotrebnadzor və Xarici İşlər Nazirliyinin saytlarında tapmaq olar.

Bu resurslar müxtəlif təhlükələr haqqında xəbərdarlıqlar dərc edir: pandemiya və təbii təhlükələrdən tutmuş ictimai-siyasi təhlükələrə qədər.

Oxşar tövsiyələr İqtisadi İnkişaf Nazirliyi və turoperatorlar tərəfindən təqdim olunur ki, onlar qanunla müştəriləri səfərin bütün potensial problemləri eləcə də xüsusiyyətləri barədə məlumatlandırmaq məcburiyyətindədirlər.

Bu tövsiyələrə əməl etmək riskləri minimuma endirməyə kömək edəcək.

Bunu da Barzıkin vurğulayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə