"SpaceX" şirkətinin "Falcon 9" raketi bazar ertəsi ABŞ-ın NROL-69 kəşfiyyat gəmisini uğurla orbitə çıxarıb. SİA xəbər verir ki, bu barədə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi bildirib. Dünən bir sıra Avropa ölkələrinin səmasında müşahidə edildiyi iddia olunan və sosial şəbəkələrdə müzakirələrə səbəb olan "sırli işıq"ların da buraxılan raketin yanacağının izləri olduğu ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə