ABŞ tədarükünü dayandırarsa...

Kreml ABŞ-ın yardımının dayandırılmasından Ukraynanın itkilərini qiymətləndirib

ABŞ tədarükünü dayandırarsa, Ukrayna silah-sursat və avadanlıqlarının böyük hissəsini itirəcək.

SİA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, Vaşinqtonun köməyi olmadan Kiyev kəşfiyyat məlumatlarının əldə edilməsində də problemlərlə üzləşəcək.

...Əgər bu, həqiqətən də belədirsə və bu tədarüklər dayandırılarsa və ya dayandırılıbsa, deməli, Kiyev rejimi bütün sursatların, bütün avadanlıqların, bütün kəşfiyyat məlumatlarının əksəriyyətini itirəcək.

Kremlin rəsmi nümayəndəsi deyib bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə