ABŞ Rusiyaya qarşı “təcavüzkar” ifadəsini işlətməməyə çağırıb?

Birləşmiş Ştatlar G7 ölkələrinin tezliklə dərc olunacaq kommünikesində Rusiyaya münasibətdə “təcavüzkar” ifadəsinin işlədilməsini rədd edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

…Amerikalılar bu ifadəni əngəlləyirlər, lakin biz hələ də bunun üzərində işləyirik və razılığa ümid edirik.

Nəşr rəsmilərdən birinin sözlərini sitat gətirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə