...Cümə axşamı, yanvarın 30-da Latviyada “Kredit təşkilatları haqqında” qanuna bankomatlarda rus dilindən istifadəni qadağan edən dəyişikliklər qüvvəyə minəcək.
SİA-nın məlumatına görə, bununla bağlı “Delfi” xəbər verir.
Hökumət müvafiq qərarı ötən il qəbul etmişdi, baxmayaraq ki, o zaman bu addımın yaşlılara dəyəcəyi ilə bağlı müzakirələr gedirdi.
Latviya Seymi ötən ilin sentyabrında “Kredit təşkilatları haqqında” qanuna dəyişiklikləri qəbul edib.
Dəyişikliklərə əsasən, bankomatlar latış (o cümlədən latqal dili) dilinə uyğunlaşdırılmalıdır.
Onlar həmçinin Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilata üzv dövlətlərinin və ya namizəd ölkələrin rəsmi dillərində konfiqurasiya edilə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə