Sankt-Peterburqda öz qızı tərəfindən döyülən yaşlı qadın ölüb.
SİA-nın məlumatına görə, bu barədə “MK v Pitere” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir. Təqaüdçünü ağır vəziyyətdə qəbul edən Aleksandrovskaya xəstəxanasının həkimləri polisə müraciət ediblər.
O, qızının hücumu nəticəsində yaralandığını deyib.
Bədbəxt qadın az sonra dünyasını dəyişib.
Sonradan məlum olub ki, anasını döyən qız I. I. Skvortsova-Stepanova adına psixiatriya xəstəxanasında müalicə olunur. Hazırda hücumun baş vermə şəraiti müəyyənləşdirilir.
...Bundan əvvəl Sankt-Peterburqda mühasirədən sağ çıxan anasını döyən şəxs istintaq təcridxanasına göndərilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə