Cümə günü İstanbulda Boğaziçi boğazından gəmilərin tranziti müvəqqəti olaraq bir neçə saatlıq dayandırılıb.
SİA-nın məlumatına görə, bu qərar hələ noyabrda baş vermiş faciəli hadisə ilə bağlı olub.
Qeyd edək ki, Türkiyədə ay yarım əvvəl dənizdə batan qardaş və bacının axtarışı üçün Bosfor boğazı müvəqqəti bağlanıb. Onu da qeyd edək ki, dənizdə itən və hələ də tapılmayan qardaş və bacının cəsədlərinin axtarışı üçün dalğıclar iş aparmalı olublar.
Türkiyə Nəqliyyat Nazirliyindən verilən məlumata görə, suya düşən iki nəfərin axtarışlarını davam etdirmək üçün Bosfor boğazında gəmilərin tranziti müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.
...Və bir neçə saatdan sonra boğazdan keçən nəqliyyatın hərəkəti bərpa olunub.
Xatırladaq ki, noyabrın 23-də İstanbulun Sarıyer səmtində dənizə düşən Ayşe Canı xilas etmək istəyərkən qardaşı Velat da özünü suya ataraq dənizin dərinliklərinə udulub.
Amma axtarış əməliyyatları hələ də davam edir, xilasedicilər 40 gündən artıqdır ki, itkin düşənləri tapmağa çalışırlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə