Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması və “Qazprom” qazının Moldovaya tədarükü Dnestryanı nəinki qazsız, həm də istiliksiz və isti susuz qoyub.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Moscow Times” yazır.
Rusiya qazı Ukrayna ərazisindən Moldovaya gedirdi, amma bu gün Moskva vaxtı ilə saat 8.00-da dayandırılıb - və eyni zamanda Dnestryanıda yaşayış binalarında istilik və isti suyun verilməsi dayandırılıb,
Bu barədə Tirasteploenergo məlumat yayıb.
İstisna xəstəxanalar və sosial müəssisələrdir.
Günorta saatlarından etibarən Rusiyadan qaz nəqli dayandığı üçün qazın verilişi də dayandırılıb.
Tiraspoltransgaz-Dnestryanı bəyanatında deyilir: "Mənzilli binalarda yemək bişirmək üçün qaz yalnız şəbəkədəki təzyiq kritik səviyyəyə düşənə qədər olacaq".
Şirkət sakinləri qaz kranlarını bağlamağa və qazın verilişini özləri bərpa etməyə çalışmamağa çağırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə