Birləşmiş Millətlər Təşkilatının (BMT) sağlamlıq hüququ üzrə xüsusi məruzəçisi Tlalenq Mofokenq İsraili Kamal Advan xəstəxanasının direktoru Husam Əbu Safiyyəni azad etməyə və soyqırıma son qoymağa çağırıb.
SİA-nın məlumatına görə, T.Mofokenq rəsmi X səhifəsində İsrailin Qəzzaya hücumları ilə bağlı paylaşım edib.
BMT məruzəçisi deyib: "Kamal Advan xəstəxanasının direktoru Husam Əbu Səfiyənin azad edilməsini tələb edirəm''.
Dekabrın 27-də İsrail ordusu Kamal Advan xəstəxanasını mühasirəyə alıb, tibb işçiləri və yaralıları zorla çıxarıb, basqın etdikdən sonra xəstəxananın bəzi hissələrini yandırıb.
Qəzzadakı Fələstin hökuməti Kamal Advan xəstəxanasının direktoru Əbu Səfiyə və tibb işçilərinin İsrail tərəfindən saxlanıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə