Avstriyalı nazir: Biz artıq Rusiya qazından asılı deyilik

...Rusiya qazının Ukrayna vasitəsilə nəqlinin dayandırılması fonunda Avstriyanın İqlim və Energetika naziri Leonor Qevessler deyib ki, onun ölkəsi artıq Rusiya qazından asılı deyil - “və bu yaxşıdır”.

SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, nazirin yanvarın 1-də verdiyi bəyanatı nazirliyin mətbuat xidməti yayıb.

Rusiyadan Ukrayna ərazisindən qaz tranziti 2025-ci il yanvarın 1-nə keçən gecə tranzit müqaviləsinin müddəti başa çatdığı üçün dayandırılıb.

Avstriya Energetika Nazirliyi bu addımın əvvəlcədən bir neçə dəfə elan edildiyini qeyd edib. Ona görə də istənilən vaxt qazın fasiləsiz və məhdudiyyətsiz tədarükünü təmin etmək üçün bazar iştirakçıları alternativ mənbələrə üz tutublar. Bu, tədarük məhdudiyyətlərini kompensasiya etməyə və qaz təchizatına zəmanət verməyə imkan verdi.

...Ukrayna əvvəlcədən açıq şəkildə bildirdi ki, işğalçı Rusiya ilə tranzit müqaviləsini davam etdirməyəcək. Biz ev tapşırığını etdik və bu ssenariyə yaxşı hazırlaşdıq.

Leonor Qevessler bildirib bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə