Filippində qasırğa nəticəsində 1,2 milyon insan təxliyə edilib

Filippində qasırğa nəticəsində 1,2 milyon insan təxliyə edilib

Filippində təsirli olan və quruya çatan qasırğa səbəbi ilə təxminən 1,2 milyon insan təxliyə edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Filippində "Man-yi" qasırğası nəticəsində ən azı 2 nəfər xəsarət alıb, 1,2 milyon insan təxliyə edilib. Tayfun bir çox bölgədə dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Bildirilib ki, ölkədə 26 yerli və 2 beynəlxalq hava limanı müvəqqəti bağlanıb, bir çox bərə reysləri dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə