Rusiya Afrikadan olan tələbə və işçiləri orduya cəlb edir...

Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Afrika ölkələrindən də daxil olmaqla əcnəbi tələbələri cəlb edir. Bu barədə Bloomberg Avropa ölkələrinin rəsmilərinə istinadən xəbər verir.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı xəbər verən mənbələrin adları açıqlanmır.

Onlar üçüncü ölkələrdən “minlərlə” tələbə və miqrantın işə götürüldüyünü iddia edirlər.

...Məqalədə deyilir ki, Rusiya hakimiyyəti tələbələri Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadıqları təqdirdə vizalarının uzadılmayacağı ilə hədələyir.

...Eyni şey xüsusilə afrikalılara - iş vizası sahiblərinə də aiddir.

Nəşrin mənbələrinin bildirdiyinə görə, nəticədə gənc əcnəbilər Rusiyanı tərk etməyə məcbur olmaq və formal olaraq könüllü olaraq orduya qoşulmaq arasında seçim etməli olurlar.

Bloomberg həmsöhbətləri deyirlər ki, bəziləri isə Rusiyada qalmağı bacarır və məmurlara rüşvət verməklə orduya qoşulmaqdan yayınırlar.

Bu arada Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ən azı 21 ölkədə, o cümlədən bir neçə Afrika ölkəsində muzdluları döyüşlərə cəlb etmək üçün böyük kampaniyaya başlayıb.

...İşə götürənlər potensial miqrantları və əvvəllər Rusiyada iş axtaran tələbələri hədəfləyirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə