ABŞ Türkiyəyə humanitar yardımı davam etdirmək üçün çağırış edib

ABŞ Nümayəndələr Palatasının 35 üzvü Beynəlxalq İnkişaf Agentliyini Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrə yardımlarını davam etdirməyə çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Virciniya üzvü, demokrat Gerry Connollinin rəhbərlik etdiyi çağırışda Beynəlxalq İnkişaf Agentliyi və ABŞ hökumətindən “humanitar böhrana sürətli reaksiya”nı davam etdirmələri xahiş olunub.

Dünən Beynəlxalq İnkişaf Agentliyindən verilən yazılı açıqlamada, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və ümumilikdə 11 əyalətə təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra türk xalqına hava yolu ilə 2,5 milyon dollar dəyərində təcili yardım əşyalarının daşındığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə