Bayden hərəkət etməyə çağırdı

ABŞ prezidenti Co Bayden ölkədəki kütləvi atışmaları "epidemiya" adlandırıb. SİA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Yetər. İlin əvvəlindən 48 gün keçir və ölkəmizdə artıq azı 73 kütləvi atışma hadisəsi baş verib. Düşüncələr və dualar kifayət deyil. Silahlı zorakılıq bir epidemiyadır və Konqres indi hərəkətə keçməlidir", - o qeyd edib.

Bayden silah qanunu ilə bağlı islahatın aparılmasının zəruriliyini bildirib.

Qeyd edək ki, dünən Missisipi ştatında baş verən atışma zamanı 6 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə