Özbəkistan Türkiyədə səhra xəstəxanası yaradır

Özbəkistan səhra xəstəxanasının yaradılması üçün Türkiyəyə avadanlıq və 71 nəfərlik həkim briqadası göndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada prezident Şövkət Mirziyoyevin göstərişi ilə Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlərdə yaralananların müalicəsi məqsədilə səhra xəstəxanasının yaradılması üçün Türkiyədə Müdafiə Nazirliyinə bağlı 71 nəfərdən ibarət hərbi tibb heyəti göndərildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Daşkənddən Qaziantepə uçan təyyarədə tam təchiz olunmuş səhra xəstəxanası üçün lazım olan avadanlıqlar, həmçinin tibbi dərman və materiallardan ibarət humanitar yardım göndərilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə