ABŞ-da Türkiyə ilə bağlı diqqətçəkən iddia dolaşır

Rusiya-Ukrayna müharibəsinin birinci ilinin başa çatmasına sayılı günlər qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurmalar davam edərkən, Rusiyanın Ukraynaya verdiyi dəstəyə görə sanksiyalar tətbiq etdiyi Qərb ölkələri də böhrandan çıxmağın yollarını axtarır.

Rusiya ilə yanaşı, Avropa İttifaqı ölkələri ilə də gərginliyin artdığı ABŞ-da Türkiyə ilə bağlı diqqətçəkən bir iddia gündəmə gəlib.

Müharibə başlayandan bəri tərəfsizliyini qoruyan və Ukrayna başda olmaqla Rusiya ilə Qərb ölkələri arasında uğurlu diplomatiya aparan Türkiyənin Bayden rəhbərliyinin hədəfində olduğu iddia edilib.

Bildirilib ki, Bayden administrasiyası Ankaraya Rusiya və Belarusun istifadə etdiyi ABŞ istehsalı olan sərnişin təyyarələrinin Türkiyə hava limanlarında eniş və qalxmasına icazə verməməsi üçün “təzyiq” edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə