ABŞ-ın Cənubi Dakota ştatında hökumət işçilərinə Çinin TikTok video paylaşma platformasına hökumətə məxsus cihazlardan daxil olmaq qadağan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Dakota qubernatoru Kristi Noem mövzu ilə bağlı açıqlama verib.

Açıqlamada TikTok-un Çin Kommunist Partiyası üçün məlumat topladığı iddia edilərək, milli təhlükəsizliyə artan təhdid olduğuna diqqət çəkilib. "Cənubi Dakota bizə nifrət edən xalqların kəşfiyyat məlumatlarının toplanması əməliyyatının bir hissəsi olmayacaq".

Qeyd olunur ki, Çin Kommunist Partiyasının TikTok-dan əldə etdiyi məlumatlardan Amerika xalqını manipulyasiya etmək üçün istifadə edilir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə