Qurban bayramında ilk dəfə olaraq Bodrum çimərlikləri boşalır. Mərkəzi çimərliklərdə şezlonglar boşdur, otellər isə 60 faizdən çox deyil.
Türkiyənin Bodrum çimərlikləri yüksək qiymətlərə görə tam dolmayıb.
SİA-nın əldə etdiyi məlumata görə, ödənişli çimərliklərə giriş haqqı adambaşına 255 dollara çata bilər.
Türkiyə Qurban bayramı ərəfəsində iyunun 5-dən 9-a kimi tətil elan edib.
Bir çox vətəndaş istirahət üçün kurortlara üz tutub. “Ekonomim” qəzetinin məlumatına görə, ödənişli çimərliklərin qiymətləri yenidən rekord qıraraq 300 faiz artıb: Bodrumun “lüks” çimərliklərinə giriş haqqı ənənəvi olaraq avro ilə müəyyən edilir, bununla əlaqədar bəzi çimərliklərə giriş adambaşına 200-225 avroya başa gələcək, Çeşmə kurortunda çimərliyə 5 min manat depozit xərcləmək lazımdır.
...Fethiye, Marmaris və Cunda kurortlarında qiymətlər münasibdir.
...Muğla Postası qəzeti Qurban bayramında ilk dəfə Bodrum çimərliklərinin boş olduğunu qeyd edir. Mərkəzi çimərliklərdə şezlonglar boşdur, otellər isə 60 faizdən çox deyil.
Bu il Bodruma gələnlər əsasən Almaniya və Hollandiyadan türk diasporunun nümayəndələri olub.
“Haber Global” telekanalı xəbər verir ki, Yunanıstanın Midilli adasına getmək istəyənlərin Türkiyənin Ayvalık şəhərinin küçələrində növbələr yaranıb, çünki pullu viza nəzərə alınaraq Yunanıstan adalarında istirahət daha ucuzdur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə