Yeni doqquzuncu nəsil Volkswagen Golf-un ilk şəkli ortaya çıxıb...

Bu, elektrikli avtomobil olacaq...

...Doqquzuncu nəsil Volkswagen Golf-un ilk görüntüsü, şirkət rəhbərliyinin gələcək planlarını bölüşdüyü Almaniya həmkarlar ittifaqı IG Metall nümayəndələri ilə görüş zamanı ortaya çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Focus bəyan edib.

...Tizerdə Volkswagen Golf 9-un silueti təsvir olunub. Hetçbek tanış profili saxlayacaq, yəni heç bir əsas dizayn dəyişikliyi gözlənilmir.

Volkswagen Golf-un interyeri nümayiş olunmasa da, onun kiçik qardaşı elektrikli Polo-nun interyerinə bənzədiyi məlumdur.

Bu o deməkdir ki, içəridə yalnız displeylər deyil, həm də fiziki düymələr quraşdırılacaq.

Bundan əlavə, qeyd olunur ki, 1974-cü ildən ilk VW Golf-dan ilhamlanan retro dizaynlı rəqəmsal cihaz paneli mövcud olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə