Çin və Almaniya alimləri yeni ekzoplanet kəşf ediblər...

...Çin və Alman astronomları bu yaxınlarda yaşayış üçün əlverişli zonada yerləşən ekzoplanetin kəşf edildiyini elan ediblər.

SİA xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının Yunnan Rəsədxanası məlumat yayıb.

Alimlərin fikrincə, onun səthindəki temperatur maye suyun mövcud olmasına imkan verir.

Yerə bənzər ekzoplanetlərin tədqiqi bir sıra fiziki faktorlara, o cümlədən planetin yaşayışına təsir edən ölçü, kütlə, səthin temperaturu və s. əsasında aparılır.

Yeni kəşf edilmiş göy cismi Günəş sistemindən 2472 işıq ili uzaqlıqda yerləşən mərkəzi ulduz Kepler-725-in ətrafında dövr edir.

Alimlər Günəşdən çox gənc olan Kepler-725-in cəmi 1,6 milyard ildir mövcud olduğunu hesab edirlər.

Bununla əlaqədar olaraq ulduzun səthində daha şiddətli aktivlik hadisələri müşahidə olunur.

Kəşf edilmiş planetin öz ulduzu ətrafında fırlanma müddəti təxminən 207,5 gündür ki, bu da Yerin fırlanma dövrünə nisbətən yaxındır.

Onun kütləsi planetimizin kütləsindən 10 dəfə böyükdür. Hazırda Günəş sistemindən kənarda 5912 planetin mövcudluğu təsdiqlənib.

Bunu Renmin Ribao Online saytı yazır.

Bundan əvvəl 53 il əvvəl Yerin orbitində ilişib qalmış sovet avtomatik stansiyası "Kosmos-482"nin orbitini tərk edərək Hind okeanına düşdüyü bildirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə