Starlink yerli hakimiyyət orqanlarından lisenziya aldıqdan dörd ay sonra Zimbabvedə yüksəksürətli internet təqdim etməyə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg bildirib.
Bu, Starlink-dən internetə çıxış əldə edən 16-cı Afrika ölkəsidir. Keçən ay xidmət qonşu Botsvanada istifadəyə verilib və hazırda Cənubi Afrikada xidmətlərin işə salınması üçün danışıqlar aparılır.
Zimbabvedə Starlink avadanlığının qiyməti 350 dollar, istifadəçilər üçün aylıq abunə haqqı isə 50 dollardır. May ayında SpaceX xidmətlərinin lisenziyalaşdırılması yerli provayderlər arasında internet qiymətlərinin aşağı düşməsinə səbəb olub, çünki onlar müştərilərini saxlamağa və Starlink ilə rəqabət aparmağa çalışırlar.
Dandemutande Investments daxil olmaqla bəzi yerli təchizatçılar rəsmi distribyutor kimi Starlink ilə əməkdaşlıq ediblər. Onlar quraşdırma, texniki dəstək və müştəri xidmətləri göstərəcəklər.
Starlink, 2019-cu ildən SpaceX tərəfindən buraxılmış 5500 peykdən ibarət şəbəkə vasitəsilə internet təmin edərək, dünya üzrə 2,6 milyondan çox müştəriyə xidmət göstərir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə