Avropa Ədalət Məhkəməsi Avropa İttifaqı Komissiyasının alış-veriş xidmətindəki müqayisə strategiyasının qaydaları pozduğu səbəbi ilə texnologiya şirkəti "Google"a tətbiq etdiyi 2,4 milyard avro cəriməni məqsədəuyğun hesab edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi ofisi Lüksemburqda yerləşən Aİ-nin ən yüksək hüquqi orqanı olan Avropa Ədalət Məhkəməsi "Google" və "Alphabet" şirkətlərinin Aİ Komissiyasının cəriməsinə qarşı qaldırdığı iş üzrə qərarını açıqlayıb.
Müvafiq olaraq, məhkəmə "Google" və "Alphabet"in etirazını rədd edib və şirkətin özünün müqayisəli alış-veriş xidmətinə imtiyazlar verərək hakim mövqeyindən sui-istifadə etməsi səbəbi ilə tətbiq edilən 2,4 milyard avro cəriməni təsdiqləyib. Avropa Ədalət Məhkəməsi "Google"un öz alış-veriş axtarış nəticələrini rəqib xidmətlər üzərində tanıtmasının ayrı-seçkilik olduğuna qərar verib.
Aİ, axtarış sistemi ilə öz alış-veriş xidmətlərinə üstünlük verdiyi səbəbi ilə "Google"a qarşı istintaq başladıb. 2017-ci ildə Aİ Komissiyası "Google"u axtarış sistemi kimi bazardakı hökmranlığından sui-istifadə etdiyinə görə 2,4 milyard avro cərimələyib və axtarış sistemindən alış-veriş xidmətində rəqibləri ilə bərabər davranmasını tələb edib. "Google" sözügedən cəzaya qarşı hüquqi proses başladıb. Şirkət Aİ cəriməsinin qanun, keyfiyyət və iqtisadiyyat baxımından yanlış olduğunu bildirib. Aİ Baş Məhkəməsi ABŞ-da yerləşən "Google" şirkətinin Aİ Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı qaldırdığı iddianı qərara alıb və şirkətə tətbiq edilən 2,4 milyard avro cəriməni təsdiqləyib. "Google" bu səndədi ən yüksək məhkəmə olan Avropa Ədalət Məhkəməsinə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə