2024-cü ilin 10 ən yaxşı Android smartfonu...

…Məşhur AnTuTu bençmarkı Android smartfonlarının “məşhur” reytinqini yeniləyib. Bir cihazın zirvəyə qalxması üçün əsas meyar məmnunluq səviyyəsi idi - yəni smartfon sahibinin ondan nə dərəcədə razı olması və ondan istifadəni davam etdirmək istəməsi. SİA bu barədə xarici qaynaqlara istinad edir.

2024-cü il avqustun sonunda birinci yeri qlobal bazarda az tanınan Honor Magic V2 tutdu. İstifadəçilərin 97,67 faizi bundan razıdır. Bu, dövrümüzün ən yaxşı qatlanan smartfonlarından biridir, hətta buraxıldıqdan iki il sonra miniatür ölçüsü və çəkisi ilə heyran qalır.

..İkinci yeri başqa bir Honor cihazı – Magic 6 Ultimate Edition tutdu ki, bu da sahiblərinin 97,33 faizini sevindirir. Bu super flaqman DxOMark-ın kamera və displey testlərində həm iPhone 15 Pro Max, həm də ən yaxşı Android qadcetlərini qabaqlayır.

İlk üçlüyü bir çox göstəricilərə görə Galaxy Z Fold 6-dan üstün olan qatlana bilən Vivo X Fold 3 Pro tamamlayır. AnTuTu qeyd edib ki, Honor Magic V2 və Vivo X Fold3 Pro-nun Top 3-ə daxil edilməsi onu göstərir ki, “naziklik və yüngüllük” qatlanan telefonları qiymətləndirərkən istifadəçilər üçün vacib meyar halına gəlib.

Digər hansı smartfonlar “məşhur” reytinqə daxildir:

Galaxy S24+ (94,87%);

Oppo Find X7 Ultra (94,8%);

Galaxy Z Fold 5 (94,29%);

Huawei Mate X3 (94,12%);

Huawei Pura 70 Pro+ (93,78%);

iQOO 12 Pro (93,35%);

Meizu 21 Pro (93,19%).

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə